Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başlamasından bu yana beynəlxalq xəbər agentliklərinin yüksək səviyyəli redaktorları ilə ilk dəfə təkbətək görüş keçirib.
Viral.az-ın məlumatına görə, o, yeni tikilən 81 mərtəbəli “Qazprom” qülləsində üç saatdan çox jurnalistlərin suallarını cavablandırıb.
Putin Qəzzadakı müharibədən tutmuş ABŞ-da keçiriləcək seçkilərə qədər bir çox mövzulara toxunub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
O, Qərbin Rusiyanın heç vaxt nüvə silahından istifadə etməyəcəyini güman etməsinin səhv olduğunu bildirib.
71 yaşlı Kreml rəhbəri Ukraynanın Rusiyanı daha güclü silahlarla vurmasına icazə verilməsinin Qərbi Rusiya ilə müharibəyə sürükləyən ciddi eskalasiya olduğunu vurğulayıb. O, Qərb raketlərinin, xüsusilə ABŞ, Britaniya və Fransa sistemlərinin vurulacağını bildirib.
Putin həmçinin bildirib ki, Moskva Ukraynaya Rusiya ərazisiniraketlərlə vurmağa icazə verən dövlətləri vurmaq üçün kifayət qədər yaxın məsafədə yüksək texnologiyalı, uzaqmənzilli raketləri yerləşdirməyi nəzərdən keçirir.
“Əgər bu ölkələrin Rusiya Federasiyasına qarşı müharibəyə cəlb edildiyini görsək, o zaman eyni şəkildə hərəkət etmək hüququnu özümüzdə saxlayırıq. Ümumiyyətlə, bu, çox ciddi problemlərə aparan yoldur”, – Putin bildirib.
Qeyd edək ki, Co Bayden ABŞ-ın verdiyi bəzi silahları Rusiya daxilindəki istifadə etməyə icazə versə də, 300 kilometr mənzilə malik raketlərlə Rusiyaya zərbə endirilməsini qadağan edib. Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron isə deyib ki, Ukrayna Britaniyanın verdiyi silahlardan Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün istifadə etmək hüququna malikdir və bunu edib-etməmək Kiyevdən asılıdır.
“ABŞ-da heç kim Ukrayna ilə maraqlanmır, onları Ukrayna və Ukrayna xalqı üçün deyil, öz əzəməti üçün mübarizə aparan ABŞ-ın böyüklüyü maraqlandırır”, – Putin deyib. O, Rusiyanın ABŞ-ın növbəti prezidentinin kim olması ilə maraqlanmadığını, lakin ABŞ məhkəmə sistemindən Donald Trampa qarşı siyasi mübarizədə istifadə olunduğunu söyləyib.
Nüvə müharibəsi riski ilə bağlı sualı cavablandıran Putin deyib ki, Rusiyanın nüvə doktrinası belə silahlardan istifadəyə icazə verir: “Nədənsə, Qərb hesab edir ki, Rusiya bundan heç vaxt istifadə etməyəcək. Bizim nüvə doktrinamız var, görün nə deyir. Əgər kiminsə əməli suverenliyimizə və ərazi bütövlüyümüzə təhlükə yaradırsa, biz əlimizdə olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edirik. Buna yüngül, səthi yanaşmaq olmaz”.