Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Vişnevoye yaşayış məntəqəsini ələ keçirib.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası olan dəmiryolu eşalonunu, enerji obyektləri, neft anbarı və PUA istehsalı sexi vurub.
Son Yazılar:
- Azərbaycan Ordusunda Zəfər Günü qeyd EDİLDİ
- Mədəniyyət naziri şəhid ailələri və qazilərlə görüşdü
- Ərdoğandan ortaq türk əlifbası AÇIQLAMASI
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gün ərzində 4 ATACMS raketi, bir HIMARS mərmisi və Ukrayna Silahlı Qüvvələrinə məxsus 47 PUA-nı vurub.
Rusiya MN ötən sutka ərzində Ukraynanın bütün istiqamətlərdə 1,6 mindən çox hərbçi itirdiyini açıqlayıb.
Eyni zamanda nazirlik, Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etdiyini də açıqlayıb.
Bildirilib ki, Rusiya qoşunları Kursk vilayətində hücumu davam etdirib.
Qeyd olunub ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 150-dən çox hərbçini, bir piyada döyüş maşını və radio elektron mübarizə sistemi stansiyasını itirib.