Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.
ADY-dən Viral.az-a verilən məlumata görə, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.
Son Yazılar:
- Rusiya britaniyalı diplomatı ölkədən ÇIXARIR
- Bir sıra bölgələrə yağış, Şahdağa qar yağır
- “Heç kim araşdırmamış heç nə deməsin”