Azərbaycan və Ermənistan Tavuş istiqamətində delimitasiya prosesinin başa çatmasından sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyini müzakirə edirlər. Hələlik qəti qərar verilməyib.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların nizamnaməsinə toxunan Simonyan deyib ki, bu sənədin mövcudluğu çox əhəmiyyətlidir:
Son Yazılar:
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
“Düşünürəm ki, bu sənədin mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir. Bu, ikitərəfli qələbədir və Ermənistanla Azərbaycan arasında ilk dövlətlərarası sənəddir. Onun həyata keçirilməsi həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ən mühüm təməl daşıdır. Biz irəliləməyə davam edəcəyik”.
Simonyan prosesin müsbət axarda olacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, delimitasiyanın harada davam etdiriləcəyi ilə bağlı hələ qərar yoxdur:
“Hazırda prosesin harada davam etdirilməsi ilə bağlı müzakirələr gedir”.
Simonyan sərhədlərin bərpasının vacib məsələ olduğunu qeyd edib.