Azərbaycanda 3 rayonun icra başçısı yoxdur.
Viral.az xəbər verir ki, Culfa, Ağdərə və Nəsimi rayonlarına başçı təyin edilməyib.
Belə ki, bu ilin sentyabr ayında Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib.
Son Yazılar:
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
Culfanın icra başçısı Siyam Hacıyev isə iyul ayında işdən çıxarılıb.
Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.
Qeyd edək ki, noyabrın 1-də Orxan Hüseynzadə Ağdaşa, bu gün isə Cabbar Musayev Naxçıvana icra başçısı təyin edilib (modern.az).