Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasının olduğu üzə çıxıb.
Viral.az xəbər verir ki, bu haqda Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişində deyib.
Zaur, proqramda qonaq Xalq artisti Zabit Nəbizadəyə “Elnarə sizin evinizin yanında villa tikdirib, xəbəriniz var? 4 milyon manat o evə pul sayıb. Bunu isə o alının təri ilə edib” sözlərini deyib.
Son Yazılar:
- “Lion”un baş məşqçisi “Qarabağ”la oyunda heyətdə rotasiya edə bilər
- “Sako” ləqəbli TikToker həbs EDİLDİ
- İdarə rəisi həbs edildi – FOTO
Daha sonra aparıcı “Amma deyəsən sizə villanın tikilməsində köməklik ediblər. Oranın tikilməsində sizə sement, daş, qum veriblər” sözlərinə E.Abdullayeva etiraz edib:
“Kim kömək edib? Mənə sement veriblər? Hərə bir işi görsəydi, bəxtəvər olardım”.
Qeyd edək ki, Elnarə Abdullayevanın bir qız və bir oğlan övladı var. Xanəndənin qızı ailəlidir (olay.az).