Azərbaycan və Özbəkistan qida və elektrotexnika mühəndisliyi, layihələndirmə və biznesin idarə edilməsi sahəsində birgə ikili diplom proqramının başladılması imkanlarını müzakirə edib.
Bu barədə Viral.az–a Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, görüşdə Özbəkistan tərəfindən nazir müavini Sarvarxan Buzrukxanovun rəhbərliyi ilə nazirlik və ali təhsil müəssisələrinin nümayəndələri, Azərbaycan tərəfindən isə İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Şahin Sadıqovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Son Yazılar:
- “Lion”un baş məşqçisi “Qarabağ”la oyunda heyətdə rotasiya edə bilər
- “Sako” ləqəbli TikToker həbs EDİLDİ
- İdarə rəisi həbs edildi – FOTO
Görüşdə iki ölkənin ali təhsil sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğu qeyd edilib.
“Dialoq zamanı qida və elektrotexnika mühəndisliyi, layihələndirmə və biznesin idarə edilməsi sahəsində birgə ikili diplom proqramının başladılması, uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq perspektivlərinin təhlili üçün birgə tədqiqatların aparılması, həmçinin dövlətlərarası elmi ekspert şurasının yaradılması imkanları müzakirə olunub”, – məlumatda vurğulanıb.
Görüşün yekununda tərəflər müzakirə olunan məsələlər üzrə praktiki işə başlamaq və perspektiv planlar üçün “yol xəritələri” müəyyən etmək qərarına gəliblər.