Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və K.Mahmudov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Viral.az-a verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.
Son Yazılar:
- Quranı yandıran Juravelə hökm OXUNDU
- Azərbaycanda “TikTok”dan belə istifadə edən şəxslərə cinayət işi açılacaq – RƏSMİ
- “Lion”un baş məşqçisi “Qarabağ”la oyunda heyətdə rotasiya edə bilər
Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.