ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp daha çox səs toplayacaq, lakin qələbə onun demokrat rəqibi Kamala Harrisə veriləcək.
Viral.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman deyib.
O, səsvermənin nəticələrinin artıq onun üçün aydın olduğunu vurğulayıb:
Son Yazılar:
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
- Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində…
- Hamilə qadın qəfil vəfat etdi – VİDEO
“Seçkilərdə ən çox səsi Tramp alacaq, lakin Harris qalib elan olunacaq. 2020-ci ildəki ssenari təkrarlanacaq”.
Parlamentari xatırladıb ki, dörd il əvvəl Co Bayden qalib gələndə, seçki məntəqələrində respublikaçılara səs verməyə və ya səslərin hesablanmasını yoxlamağa icazə verməyən ABŞ Demokratlar Partiyasının fəalları toplaşmışdı.
Vasserman həmçinin bildirib ki, Rusiya üçün Kamala Harris münasibdir, çünki ABŞ mümkün qədər parçalanacaq və o, ölkəni vətəndaş müharibəsinə aparacaq.
Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilir.