Baş nazir milli təhlükəsizliyə diqqət yetirmək və vətəndaşların və əsgərlərin rifahını birinci yerə qoymaq əvəzinə, müdafiə nazirini vəzifədən azad etməyi və döyüşün ortasında yeni təyinat mərhələsinə başlamağı seçdi. Bunların hamısı biabırçı siyasi ehtiyacları ödəmək üçündür.
Viral.az xəbər verir ki, bu sözləri “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman müdafiə naziri Yoav Qallantın vəzifədən azad olunmasına münasibətində deyib.
“Əgər müdafiə naziri fəal döyüşlər zamanı dəyişdirilə bilərsə, o zaman öz vəzifəsini yerinə yetirə bilməyən və ölkənin təhlükəsizliyinə etinasız yanaşan baş nazir mütləq dəyişdirilə bilər və buna görə dövlət təhqiqat komissiyası yaradılmalıdır”, – o bildirib.
Son Yazılar:
- Dollar bu qiymətə satılacaq – RƏSMİ
- Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində…
- Hamilə qadın qəfil vəfat etdi – VİDEO
Müxalifət lideri Yair Lapid isə bu cür reaksiya verib:
“Müharibənin ortasında Qallantın işdən çıxarılması dəlilik aktıdır. Netanyahu siyasi baxımdan sağ qalmaq üçün İsrailin təhlükəsizliyini və İsrail ordusunun əsgərlərini qurban verir. Bütün sionist vətənpərvərləri etiraz əlaməti olaraq bu gecə küçələrə çıxmağa çağırıram”.
Demokratlar Partiyasının rəhbəri Yair Qolan da “küçələrə çıxın” deyə, etiraz aksiyalarına çağırıb.
Girovların Qaytarılması üzrə Ailə Qərargahı müdafiə naziri Qallantın işdən çıxarılmasından dərin narahatlığını bildirib və bunu “girovlarla bağlı razılaşmanı sabotaj etmək səylərinin birbaşa davamı” adlandırıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Baş nazir Benyamin Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən azad edib və XİN başçısı İsrail Katzı onun yerinə təyin edib.