UNEC rektoru “Açıq qapı” günləri keçirəcək

UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.

Bu barədə Viral.az-a universitetin mətbuat xidmətindən bildirilib.
 

İlk “Açıq qapı günü” 8 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.
 

Son Yazılar:

“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.