Bu gündən Avropa Parlamentinə seçkilər başlayır.
Viral.az xəbər verir ki, Niderlandda seçkilər bu gün, İrlandiyada iyunun 7-də, Latviyada, Maltada, Slovakiyada isə iyunun 8-də keçiriləcək.
Çexiyada iki gün, 7 və 8 iyunda, İtaliyada isə 8 və 9 iyunda səsvermə keçiriləcək.
Son Yazılar:
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
Avropa İttifaqının (Aİ) qalan ölkələrində seçkilər iyunun 9-da keçiriləcək.
Aİ ölkələrinin 370 milyondan çox vətəndaşı Avropa Parlamentinin 720 üzvünü seçmək hüququna malikdir.
Bu seçkilər bir turda keçirilir və Avropa Parlamenti nümayəndələrinin milli kontingentinin müəyyənləşdirilməsinə yönəlib. Səsvermə partiyalar və ya koalisiyaların irəli sürdüyü namizədlərin tam siyahıları ilə keçirilir. 5 faiz səs toplaya bilməyən siyahılar Avropa Şurasına daxil edilmir.