Sabahkı matçda çox diqqətli olmalıyıq.
Viral.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Budyo Qlimt” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:
Son Yazılar:
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
“Budyo Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçuların, demək olar ki, hər biri norveçlidir. Ümumiyyətlə, göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.