TÜRKPA nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-ya daxil olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

 

Viral.az-ın xəbərinə görə, əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub.

Son Yazılar:

 

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.