Əməkdar artist Elza Seyidcahan “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovla bağlı maraqlı açıqlama verib. Müğənni cütlüyün onun zinnət əşyalarını götürdüyünü və geri qaytarmadığını bildirib.
Viral.az xəbər verir ki, bunu açıqlamasında həmin zinnət əşyalarını Rəfael İsgəndərov və Coşqun Rəhimova halal etdiyini açıqlayıb:
“Rəfael İsgəndərov və Coşqun Rəhimova qurbandır, onlar mənim sənət dostlarımdır. Halal xoşları olsun. Rəfaelə, Coşquna, Müşfiqə hər şey qurbandır. Onlar bizim sənət fədailərimizdir, əziz aktyorlarımızdır. Çox sağ olsunlar. İstəsələr mən onlara yenə zinnət əşyaları alaram”.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Bəstəkar hazırda Zəfər günü ilə bağlı Laçın şəhərinə getdiyini vurğulayıb:
“Hazırda Laçın şəhərinə gedirəm, orada Zəfər günü ilə bağlı konsertimiz olacaq. Dövlət tədbiridir, konsertdə iki mahnı ifa edəcəm – “Laçınımın dağlarında” və “Yallı”. Mənim bütün musiqilərim gözəldir. İnşallah onların hər birini solo konsertimdə ifa edəcəm” (qaynarinfo.az).