Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib ki, Moskva zərurət yaranarsa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesində Azərbaycan və Ermənistana məsləhətçi yardım göstərməyə hazırdır.
Viral.az xəbər verir ki, bu barədə səfir “Utro” jurnalına verdiyi müsahibəsində bildirib.
“Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini dəstəkləyirik. Hesab edirik ki, proses davamlı, balanslaşdırılmış və qarşılıqlı məqbul olmalıdır. Lazım gələrsə, tərəflərə məsləhətçi yardım göstərməyə hazırıq”, – diplomat bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
O, həmçinin vurğulayıb ki, Rusiya tərəfi Bakı ilə İrəvan arasında davam edən münasibətlərin normallaşması prosesini, o cümlədən iki ölkənin xarici işlər nazirləri arasında mayın 10 və 11-də Almatıda keçirilmiş sülh müqaviləsi üzrə danışıqları alqışlayır.
“Bu, Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq üçün daha bir addımdır”, – Yevdokimov qeyd edib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə gəlincə, Rusiya səfiri qeyd edib ki, bu, Bakı və İrəvanın siyasi iradəsindən asılı olacaq.
“Ümid edirəm ki, bu, tezliklə baş verəcək”, – o deyib.