Yay Olimpiadasına 50 gün qaldı

Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının başlamasına 50 gün qalıb.

Viral.az-ın məlumatına görə, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Oyunların açılış mərasimi unikal olacaq, çünki ilk dəfə stadionda deyil, Fransanın tam mərkəzində, Sena çayı sahilində keçiriləcək. Paris Londondan sonra üçüncü dəfə (1900, 1924, 2024) Olimpiya Oyunlarına ev sahibliyi edən ikinci şəhərdir. XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi rəmzi bir günə planlaşdırılıb, çünki 1924-cü il Oyunlarının bağlanış mərasimi bu gündə baş tutub.

İştirakçı komandalar açılış mərasiminə qayıqlarda gələcəklər. Parisdə keçiriləcək Olimpiya Oyunlarında 32 idman növü üzrə 329 medal uğrunda yarışlar keçiriləcək, iştirakçıların sayı 10 mini keçəcək.
Oyunlar Taiti, Nant, Lion, Marsel, Sent-Etyen və digər şəhərlərdə təşkil olunacaq. Oyunlarda dünyanın hər yerindən 45 000-ə yaxın könüllü çalışacaq.

Son Yazılar:

Paris Oyunlarının təşkilat komitəsi artıq Olimpiya Oyunlarının talismanını təqdim edib. O, frigiya qırmızı papağına bənzəyir. Papaq Fransa inqilabının və azadlığın simvolu hesab olunur.