COP29-un prezidenti Muxtar Babayev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
Viral.az xəbər verir ki, bu barədə GECF-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
Son Yazılar:
- Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
Görüş zamanı M.Hamel Azərbaycanın COP-a ev sahibliyi edən üçüncü GECF üzvü olduğunu bildirib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsində GECF-in dəstəyini ifadə edib.
Bundan başqa, iqlim maliyyəsinin əhəmiyyəti, xüsusilə iqlim maliyyəsi üçün yeni kəmiyyət hədəfinin müəyyən edilməsi, həmçinin texnologiya transferi və potensialın yaradılmasının vacibliyi müzakirə edilib.
Baş katib təbii qazın əlverişli, etibarlı və dayanıqlı enerjinin təmin edilməsində mühüm rolunu da vurğulayıb. O, Azərbaycanın enerji siyasətini yüksək qiymətləndirib və bildirib ki, GECF COP29-da pavilyon açmaq niyyətindədir.