Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.
Bu barədə Viral.az-a DTX-dən məlumat verilib.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib. Tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər. Məlumata görə, konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.