Cəbrayıl şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.
Viral.az xəbər verir ki. bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.
Son Yazılar:
- “Kartdan-karta” üsulu ilə işləyən 258 sahibkara maliyyə sanksiyası tətbiq EDİLDİ
- Bakıda söküntü bu ərazidən başlayacaq – AÇIQLANDI
- Prezident Surinamın dövlət başçısını təbrik ETDİ
Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.