Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.
Viral.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.
Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Son Yazılar:
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
- Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə EDİBLƏR
Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.