Milli komandamız bu gün 1/4 finalın matçına çıxacaq

Azərbaycanın minifutbol milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.

Viral.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, milli komandamız qrup mərhələsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

Son Yazılar:

Millimiz Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb – 3:1.

6 iyun

19:00. Azərbaycan – Qazaxıstan