Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.
Viral.az “APA”ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.
Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.
Son Yazılar:
- İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik ETDİ
- Azərbaycanda qlobal inflasiya azalıb – AMB sədri
- Media çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan ETDİ
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.