Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində tarixi bir fürsət qapısı açılıb. Ermənistanın bunu anlayaraq hərəkətə keçməsinə ümid edirik.
Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir deyib ki, artıq Qafqazın savaşa deyil, dostluq və iş birliyinə ehtiyacı var:
Son Yazılar:
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
“Bölgənin sabitlik və rifahı üçün hərtərəfli normallaşmanın təmin olunması Türkiyənin əsas gözləntisidir”.
Y.Gülər qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ortaya qoyduğu qəhrəmanlıq türkçülük ruhunun gücündən bəslənib:
“Azərbaycan Ordusunun üçrəngli bayrağı Şuşada və Xankəndində dalğalandırması, öz torpaqlarını almaq üçün göstərdiyi cəsarət tarixin qızıl səhifələrində müstəsna yerini alıb”.
O, İkinci Qarabağ Müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib.