Rusiyalı senatorlar Azərbaycanla Aİİ arasında yaxınlaşmanın tərəfdarıdırlar.
Viral.az xəbər verir ki, bu sözləri Regionlar Palatasında Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin vurğulayıb.
Onun sözlərinə görə, bu, ümumi məkanımızda təhlükəsizliyin, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bundan əlavə, Federasiya Şurası Bakının çoxtərəfli birliklərlə, o cümlədən BRİKS və ŞƏT ilə əlaqələri genişləndirmək istəyini dəstəkləyir.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Karasin Moskva ilə Bakı arasında münasibətlərin hazırda yüksəlişdə olduğuna da diqqət çəkib. “Əməkdaşlığımızda əsas şey qarşılıqlı etimaddır”, – Karasin vurğulayıb.