Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.
Bu barədə Viral.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilir ki, keçirilən tədbir zamanı Ağköynək kəndi ərazisində məişət tullantılarını urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyatı şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.