Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Könüllük Proqramında iştirak etmək istəyən 16 min 566 nəfər qeydiyyatdan keçib.
Viral.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Son Yazılar:
- Polkovnikin oğlu ev dustaqlığına BURAXILDI
- Azərbaycanlı müğənni sevgilisini üzə çıxardı
- Bu şəhərdə qaz OLMAYACAQ
Qeyd edək ki, COP-un könüllüsü olmaq üçün 29 may – 5 iyun tarixlərində qeydiyyat elan edilib. Bu prosesdən sonra potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.