Daxili İşlər Nazirliyi (DİN) bank kartından böyük məbləğdə pul oğurlanmasına dair növbəti fakt açıqlayıb.
Viral.az xəbər verir ki, nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev bununla bağlı deyib:
“Avtomobil elanı saytlarından birində şəxsi nəqliyyat vasitəsini satışa qoyan şəxsə xarici nömrədən zəng gəlib, satılan avtomobili almaq istədiklərini bildiriblər. Razılaşıblar.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Avtomobili görmədən naməlum şəxs beh göndərilməsi üçün bank kartı məlumatlarını istəyib. Beləliklə, həmin şəxsə müxtəlif suallar verə-verə, fikirini yayındıraraq sanki verilən məlumatlar o qədər əhəmiyyətli deyilmiş kimi görüntü yaratmaqla bank kartından 7300 manat vəsaiti çıxarıblar. Hadisə dünən olub”.