Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.
Xəstənin infeksiya mənbəyi və mümkün təmasları araşdırılır. Kanada rəsmiləri gəncin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu deyirlər.
Son Yazılar:
- Bu gündən bəzi məktəblərdə dərslər BAŞLADI
- İnsan bu yolla özünü və ətraf mühiti qoruyur: Piyada gəzməyin faydaları
- Səidə onun adını eşidib efirə gəlməkdən imtina edib
Quş qripi ən çox vəhşi və ev quşlarını təsir edir. Bu yaxınlarda xəstəlik məməlilərdə də aşkar edilib. 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəlik epidemiyası baş verib.
Alimlər deyirlər ki, insanlar nadir hallarda yoluxsa da, quş qripinə qarşı həssas növlərin sayının artması narahatlıq doğurur. Patogenin ötürülməsi daşıyıcı və ya çirklənmiş mühitlə sıx təmasda mümkündür.