İspaniyanın “Barselona” komandası antirekordunu təkrarlayıb.
Viral.az xəbər verir ki, Kataloniya təmsilçisi 10 ildən sonra bir La Liqa matçında “çərçivə”yə zərbə endirə bilməyib.
Bu, komandanın “Real Sosyedad”a səfərdə uduzduğu qarşılaşmada baş verib.
Son Yazılar:
- Məktəb direktoru faciəvi şəkildə öldü – FOTO
- Cəlilabadda su bəndi yenidən QURULUR
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
Sonuncu belə hadisə 2014-cü ildə, “Malaqa” ilə görüşdə (0:0) gerçəkləşib.
Qeyd edək ki, “Barselona” rəqibinə səfərdə 0:1 hesabı ilə məğlub olub. 13-cü dəqiqədə komandanın hücumçusu Robert Levandovski fərqlənsə də, oyundankənar vəziyyət qeydə alınıb. Kataloniyalılar 13 matçdan sonra La Liqada 33 xalla liderdir.