Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Nikol Paşinyanın Bakıda keçiriləcək COP29-da iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.
Viral.az-ın məlumatına görə, bu barədə o, jurnalistlərin sorğusuna cavab olaraq danışıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
O, Ermənistanın baş nazirinin COP29-da iştirakı ilə bağlı məlumatları təkzib edib.
Sözçü qeyd edib ki, Paşinyanın iş proqramında belə bir səfər nəzərdə tutulmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Viral.az-a müsahibəsində Paşinyanı COP29-da görmək istədiyini bildirib.
Onu da qeyd edək ki, ötən ilin sonunda Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib.