Noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərin yerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki, bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyat həlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.
Viral.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ötən gün 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb. Bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.
Qeyd edilib ki, nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Xatırladaq ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınmışdır.