Polşa NATO-dan ölkə səmasının qorunması üçün zəmanət almadan Ukraynaya “MiQ-29” qırıcılarını ötürməyəcək.
Viral.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bəyan edib.
“NATO-nun hava məkanının mühafizəsinə mütləq zəmanətimiz olmayana qədər biz təyyarələrimizi təhvil verə bilməyəcəyik, çünki burada təhlükəsizliyi təmin etmək üçün onlara ehtiyacımız var”, – Duda bildirib.