Zaur Mikayılov beynəlxalq tədbirdə iştirak etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda keçirilən tədbirdə iştirak edib. 

Viral.az xəbər verir ki, sədr su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən söz açıb. 

Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse prezidenti cənab Juergen Voegele COP29 tədbirinin Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd edərək yaxın gələcəkdə həyata keçiriləcək yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat veriblər.

Son Yazılar: