Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək.
Viral.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq.
“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, – deyə o əlavə edib.
Hökumətlərarası komissiyanın işinin nəticəsi iclasın protokolu və qarşıdakı dövr üçün Belarus və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yenilənmiş yol xəritəsinin imzalanması olacaq.