COP29-a gələn xarici jurnalistlər üçün mediaturlar təşkil olunacaq

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da Medianın İnkişafı Agentliyi olaraq iştirakımızı bildirməkdən məmnunluq duyuruq”.

Viral.az xəbər verir ki, bu barədə agentliyin feysbuk hesabındakı paylaşımda deyilir.

Qeyd olunub ki, tədbir çərçivəsində xarici media nümayəndələri üçün 15-22 noyabr tarixlərində mediaturlar təşkil olunacaq.

Son Yazılar:

Bu səfərlərin məqsədi ölkəmizin tarix və mədəniyyət abidələrinin tanıdılması, həmçinin enerji mənbələri, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərin nümayişidir.

Viral.az