Bu sessiya Türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək

TÜRKPA-nın 13-cü plenar sessiyası Türk dövlətləri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

 

Viral.az xəbər verir ki, bu sözləri TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova TÜRKPA-nın 13-cü plenar sessiyasının rəsmi açılış mərasimində səsləndirib.

Son Yazılar:

 

Milli Məclisin sədri iqlim dəyişikliyi problemi fonunda Türk dövlətlərinin bir araya gəlməsinin, bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib. İqlim dəyişikliyi ilə mübarizənin, ekologiyanın qorunmasının Azərbaycanda 5 prioritet sahədən biri olduğunu diqqətə çatdıran S.Qafarova deyib: “Azərbaycan noyabr ayında bu qlobal problemlə mübarizə məqsədilə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29 çərçivəsində dünya ölkələrindən yüzlərlə parlamentarinin iştirakı ilə parlament konfransı təşkil olunacaq”.

 

Parlamentin sədri işğaldan azad olunan ərazilərimizdə nəhəng infrastruktur işlərinin aparıldığını, bərpaolunan enerji istiqamətində mühüm layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb.