Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı ikincinin təşəbbüsü ilə baş tutub.
Viral.az xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov deyib.
O, Şoltsun zənginin məmnunluq yaratdığını bildirib:
Son Yazılar:
- Şabalıdın faydalarından siz də yararlanın!
- Göyərtinin sağlamlığımıza FAYDASI
- Putin Şoltsa bunları dedi – Kreml açıqladı
“Müzakirələr kifayət qədər təfərrüatlı, ilk növbədə Ukrayna mövzusu ilə bağlı idi və səmimi keçdi. Amma təbii ki, burada hər hansı fikirlərin üst-üstə düşməsindən danışmağa ehtiyac yoxdur. Əlbəttə ki, kifayət qədər dərin fikir ayrılıqları var, amma dialoqun özü çox müsbətdir”.
Peskov vurğulayıb ki, Vladimir Putin Şoltsa baş verənlərlə bağlı Rusiyanın baxışı, vəziyyətin mümkün inkişafı perspektivləri və s. haqqında ətraflı danışıb.