COP29 çərçivəsində “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbər şəxsləri arasında Anlaşma Memorandumu imzalanıb
Viral.az “Azərişığ”a istinadən xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və COP29 ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub.
Görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, “yaşıl enerji”yə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Son Yazılar:
- “Tottenham” klubu dayanıqlılıq yolunda London iqtisadiyyatına 1 milyard funt sterlinq töhfə verib
- Paşinyan Trampla regional məsələləri müzakirə ETDİ
- Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri AÇIQLANDI
Qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.
İmzalanan sənəddə innovativ texnologiyalar, “yaşıl texnologiya”lar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.