ADNSU-nun “Brend Tələbə”ləri mükafatlandırıldı – FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Son Yazılar:

 

Viral.az xəbər verir ki, tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov, Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva, İstehsalat təcrübəsi üzrə mütəxəssis Zümrüd Hüseynova, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin jurnalist Günel Məmmədova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi Bəhruz Nəzərovun nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib, universitetin nüfuzu barədə danışıb və qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

 

Daha sonra Elşad Eyvazlı və Səbinə Əliyeva tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin”Brend tələbə” statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Gülzar Nəsrullayeva – Neft-qaz mühəndisliyi, IV kurs, Qaz-neft mədən fakültəsi, SABAH qrupları

Gülarə Təhməzova – Ekologiya mühəndisliyi, III kurs, Kimya-texnologiya fakültəsi

Fəzilə Şirəlizadə – Kimya mühəndisliyi, III kurs, Kimya-texnologiya fakültəsi, SABAH qrupları

Məryəm İsayeva – Energetika mühəndisliyi, II kurs, Energetika fakültəsi

Nuray Abbasova – Geologiya və geofizika mühəndisliyi, II kurs, Geoloji Kəşfiyyat fakültəsi

Ramilə Eyvazova – Neft-qaz mühəndisliyi, III kurs, Qaz-neft mədən fakültəsi, SABAH qrupları

Sevil Rəhimova – Kimya mühəndisliyi, III kurs, Kimya-texnologiya fakültəsi

Züleyxa Hüseynova – Cihaz mühəndisliyi, II kurs, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi

Əlibəy Əsədov – Maşın mühəndisliyi, IV kurs, Neft-mexanika fakültəsi

Cavidan Aşurlu – Kompüter mühəndisliyi, I kurs, İnformasiya texnologiyaları və idarəetmə fakültəsi