Almaniya polisi Berlində Fələstini dəstəkləyən nümayiş zamanı 111 nəfəri saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə Almaniya paytaxtının hüquq-mühafizə orqanlarının saytındakı məlumatda deyilir.
Qeyd edək ki, nümayiş şənbə günü Kurfürstendamm bulvarı yaxınlığında keçirilib və 500-ə yaxın insan iştirak edib.
Son Yazılar:
- Bayden ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib
- Sumqayıtda zəncirvari qəza OLDU
- Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə ETDİ
Polisin məlumatına görə, saxlanılanlar arasında 54 qadın və 57 kişi var. Məlumatda bildirilir ki, xəsarət yetirmə, millətlərarası ədavətin qızışdırılması, terror təşkilatlarının simvollarının nümayişi, ictimai asayişin pozulması kimi cinayətlərin törədilməsi şübhələri ilə 21 cinayət işi açılıb.