İran və Rusiya Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişini müzakirə EDİRLƏR

İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük liman olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.

Viral.az  xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.

“Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər”, – Cəlali Tehran şəhərində İslam Respublikasının Prezidenti Masud Pezeşkian ilə görüşündə bildirib.

Son Yazılar:

Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.