Astara sakinini elektrik cərəyanı vurub.
Viral.az xəbər verir ki, hadisə günorta saatlarında Astara rayonunun Kijəbə kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutan zaman atdığı qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. O, hadisə yerində ölüb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Son Yazılar:
- Ölkədə ən çox maaşı onlar ALIR
- Bakı Olimpiya Stadionuna qanunsuz daxil olmağa cəhd göstərən şəxs SAXLANILDI
- Azərbaycan millisi İsveçlə oyunöncəsi son məşqinə ÇIXIB
Faktla bağlı araşdırma aparılır.