Ədliyyə nazirinin yeni müavini ilə Ali Məhkəmədə görüş keçirilib

İyunun 6-da Ali Məhkəmədə Mülki kollegiyanın hakimi Abiddin Hüseynovun yeni vəzifəyə təyin olunması münasibətilə görüş keçirilib.

 

Qurumun Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakim Abiddin Hüseynovu Prezident İlham Əliyevin Sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son Yazılar:

 

Bildirilib ki, Abiddin Hüseynov uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib. Onun bundan sonrakı fəaliyyətinin də ümumilikdə ədalət mühakiməsinin işinə müsbət təsir edəcəyi vurğulanıb.

 

A.Hüseynov isə çıxışında ona göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını bildirib, məhkəmə-hüquq və ədliyyə sahəsində birgə əməkdaşlığın gücləndirilməsi üçün çalışacağını qeyd edib.

 

Sonda Abiddin Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.