“Bu il 40 min şəxsə əlillik təyin olunub”.
Viral.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Onun sözlərinə görə, bunun da yarısı təkrar, yarısı da ilkin təyinat olub. Vətəndaşlar yerlərdə əlilliklə bağlı ƏƏSMN-ə yox, tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri onları müayinə edir və uyğundursa, formanı Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə göndərirlər”, – deyə nazir bildirib.
Son Yazılar:
- Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki?
- Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri ARTIRILIR
- Bələdiyyələr büdcədən bu qədər vəsait alacaq
S.Babayev əlavə edib ki, 16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub: “Növbəti il üçün də proqram hazırlanır. Həmin proqram çərçivəsində Bakı üzrə növbəlilik 2 dəfə tam şəkildə icra olunub. Ümumilikdə 7770 şəhid ailə üzvü və qazilərə avtomobil təqdim olunub”.