“Məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac var”.
Viral.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələr soyuq olur. Bu isə uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda şagirdlərin məktəblərdən yayınmasına səbəb olur.
Son Yazılar:
- Azərbaycan və Rusiya Su Ehtiyatları Agentliklərinin sədrləri görüşdülər
- Deputat polislərin maaşının artırılmasını təklif ETDİ
- Muxtar Babayev onu işdən ÇIXARDI
Bunları nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr -15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var”, – deyə S.Əliyeva bildirib.