Kolumbiya uğurlu iqlim keçidi üçün qlobal maliyyə sistemində islahatların aparılmasını tələb EDİR

COP29 iqlim konfransında Kolumbiyanın nümayəndəsi qalıq yanacaqlara əsaslanan iqtisadiyyatdan uğurlu keçid üçün yeni maliyyə yanaşmasının yaradılmasının vacibliyini vurğulayıb.

Viral.az xəbər verir ki, bunu Kolumbiyanın ətraf mühit və davamlı inkişaf naziri Mariya Susana Muhamad COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

O, investisiyalara çıxışı çətinləşdirən yüksək risklərə və xidmət xərclərinə diqqət çəkib: “Belə yüksək risklər və kapital dəyəri fonunda bütün iqtisadi keçidi necə həyata keçirəcəyik?”.

Son Yazılar:

“Biz daha çox borc götürə bilmərik”, – M.Muhamad bildirib və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün maliyyə institutlarında dəyişikliklərin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Kolumbiya COP29-dan inkişaf etməkdə olan ölkələrə dəstək və borc yükünün yüngülləşdirilməsi üçün əhəmiyyətli maliyyə paketinin yaradılmasına doğru ilk addımı gözləyir. Nazir iqlim keçidi üçün uzunmüddətli maliyyələşməyə çıxışı təmin edəcək “həyat üçün maliyyə paktı”nın yaradılmasına çağırıb.