“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirildi

Media və Mülki Cəmiyyət İctimai Birliyi iyunun 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub.

Viral.az xəbər verir ki, bu barədə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər əsasən Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçirilir və layihə çərçivəsində 5 ictimai müzakirənin keçirilməsi nəzərdə tutulmuşdur. İctima müzakirələrin ikisi Bakı şəhərində, üçü isə Lənkəran, Biləsuvar və Yardımlı rayonunda təşkil olunacaq.

Son Yazılar:

Təşkilat sədrinin sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və  mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir.

“Çünki mədəni irsimizin öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu böyükdür. Əhalinin, xüsuslilə şagirdlərin, tələbələrin, gənclərin maddi və mənəvi irs nümunələri ilə tanış olmaları üçün kütləvi işlərin aparılması, onlar maddi mədəniyyət abidələrinin qorunmasına, qeyri-maddi irs nümunələrinin toplanmasına cəlb olunması və bu istiqamətdə maarifləndirilməsi çox vacibdir. Mətbuatda, mədəni-maarif və ali təhsil müəssislərində, məktəblərdə yerli mədəni irs nümunələrimiz kifayət qədər təbliğ və təşviq olunmalıdır. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı, QHT-lərin, mətbuatın, sosial şəbəkələrin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”,- deyə layihə rəhbəri qeyd edib.

Tədbirdə  AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda geniş məruzə edib. Məruzəçi qeyd edib ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsində tarix və mədəniyyət abidələri mühüm rol oynayır: “Araşdırmalar göstərir ki, gənclərlə tarix, mədəniyyət, arxeoloji abidələrin əhəmiyyəti, onlarla tanışlıq, qorunub saxlanılması ilə bağlı aparılan söhbətlər, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər onların əsil vətəndaş kimi formalaşmasına müsbət təsir göstərir. Bu kontekstdə Azərbaycanın cənub bölgələrində mövcud olan arxeoloji, tarixi, dini abidələrin, mədəniyyət obyektlərinin əhəmiyyəti böyükdür. Ölkəmizin cənub bölgəsindəki rayonlarda qədim maddi-mənəvi irsimizi özündə əks etdirən tarixi-arxeoloji abidələrlə zəngindir”.

K.İsmayılova görə, Azərbaycan adlı vətənimizin tarixi həm də onun ayrı-ayrı bölgələrinin tarixidir. Yaşadığı bölgənin tarixini, özünəməxsus xüsusiyyətlərini bilmədən Azərbaycanın tarixini öyrənmək mümkün deyildir. Azərbaycanın hər bir vətəndaşı yaşadığı ərazidə mövcud olan maddi mədəniyyət abidələri haqqında mükəmməl biliklərə malik olmalı, onları qorumağı və təbliğ etməyi özünün vətəndaşlıq vəzifəsi hesab etməlidir. Xüsusən bölgələrimizdə yaşayan gənclərimiz öz ərazilərində yerləşən tarixi və mədəni abidələrin qorunması işinə fəal cəlb olunmalıdırlar. Təklif olunan layihənin məqsədi bölgə gənclərində öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, taleyində iştirak etmək, onun bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilməsi zəruri olan işlərdən biri də gənclər arasında yaşadıqları ərazilərdə mövcud olan tarixi və mədəni abidələr haqqında məlumatların verilməsi, bu abidələrin yerləşdiyi obyektlərə ekskursiyaların təşkili və digər kütləvi maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Məruzədən sonra çıxış edən AMEA  Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli cənub bölgəsində maddi irsin (tarixi və təbiət abidələri, arxeoloji abidələr) qorunmasının və təbliğinin vacib olduğunu bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə görə, yerli mədəniyyət və təhsil müəssisələrinin, digər dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür. “Gənclərin, ziyalıların mədəni irsin qorunmasına və təbliğinə cəlb edilməsinə ciddi dəstək verilməli, abidələrə, muzeylərə ekskursiyalar təşkil edilməlidirlər. Mədəni irs nümunələri milli və bəşəri nemət olaraq böyük əhəmiyyətə malikdir. İtirilmiş mədəni irs obyektini heç nə ilə əvəz etmək olmaz. Buna görə də dövlət orqanları ilə yanaşı ictimaiyyət də onları qorunub saxlanılmasında fəal iştirak etməlidirlər”-deyə M.Ənsərli qeyd edib.

Tədbirdə AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, QHT sədri Tahir Məmmədov və digər iştirakçılar mövzu ilə bağlı çıxış edərək öz fikir və təkliflərini bölüşüblər.

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib

“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirilib