Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana səfəri planlaşdırılmır.
Viral.az xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress” xəbər agentliyinə bildirib.
Nəşrin qeydinə görə, bir müddət əvvəl politoloq Əhməd Şahidov “X” sosial şəbəkəsində yazıb ki, Paşinyan noyabrda COP-29 iqlim sammitində iştirak etmək üçün Bakıya səfər edəcək. Bununla belə, Bağdasaryan bildirib ki, bu, yalnız azərbaycanlı ekspertin subyektiv fikridir və Paşinyanın iş qrafiki ilə heç bir əlaqəsi yoxdur. O, belə bir səfərin baş nazirin iş gündəmində olmadığını vurğulayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
(redaktor.az)