Bayden ABŞ silahları ilə Moskvaya zərbə endirməsinə qarşı çıxdı

ABŞ Ukraynanın Amerika silahları ilə Moskva və Kremlə hücumlarını dəstəkləmir.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Biz Rusiyanın 200 mil (təxminən 320 km – red.) dərinliyində zərbələr endirilməsinə icazə vermirik və Moskvaya, Kremlə zərbə endirməsinə icazə vermirik”, – deyə o, ABC telekanalına müsahibəsində deyib.

Son Yazılar:

Dövlət başçısının sözlərinə görə, silahların sərhəd yaxınlığında Ukraynada konkret hədəflərə hücum etmək üçün istifadəsinə icazə verilir.

(redaktor.az)